Tənzilə Rüstəmxanlının seçki qərargahı təbliğat işinə başladı - FOTOLAR

Bu gündən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının təbliğat və təşviqat kampaniyasına start verilib.

Tənzilə Rüstəmxanlının parlament seçkiləri ilə bağlı Neftçala rayonunda yaradılan qərargahında qanunvericilik çərçivəsində təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb.

Namizədin seçkilərdə iştirak edəcək səlahiyyətli nümayəndələri, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb.
Təbliğat-təşviqat məqsədi üçün materiallar hazırdır və “Neftçala üçün birlIkdə” devizi altında təşviqat kampaniyasına start verilib.

Bənzər nəticələr

Daha çox