Bioqrafiya

media-tanzila-rustamhanli
Tənzilə Rüstəmxanlı

Rüstəmxanlı Tənzilə Yolçu qızı 1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur.

1969-cu ildə ailə vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. Həmin ildə Qazbinə kənd orta məktəbinin birinci sinifinə daxil olmuş və 1977-ci ildə məktəbin 8-ci sinifini bitirmişdir.

1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikumuna daxil olmuş, Mühasibat uçotu ixtisasına yiyələnmişdir.

1980-ci ildə texnikumu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir.

1982-ci ildən etibarən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda Azərittifaqda sədr müavinidir.

1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.

1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin (ATQB) sədri seçilmişdir. ATQB-nin Azərbaycan ilə yanaşı Türkiyə, İsveç, Kanada, ABŞ, Şotlandiya, Almaniya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə təmsilçilikləri vardır.

Tənzilə Rüstəmxanlı bir çox beynəlxalq konfrans və simpoziumların təşkilatçısı və iştirakçısı olmuşdur.

2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd olmuş və Milli Məclisin üzvü seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir.