Tənzilə Rüstəmxanlı “ZərifSƏN” konfransının fəxri qonağı olub - FOTOLAR
Tənzilə Rüstəmxanlı Nizami Kino Mərkəzində Azərbaycan qadınına həsr olunmuş konfransında fəxri qonaq kimi iştirak edib.
Tenzilerustemhanli.az xəbər verir ki, Nizami Kino Mərkəzində “YeniSƏN” İnkişaf Forumunun təşkilatçılığı ilə “ZərifSƏN – Azərbaycan qadını: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı çıxışında Azərbaycan qadınının cəmiyyətdəki mühüm rolundan, milli-mənəvi dəyərlərin qorunmasındakı xidmətlərindən, ictimai-siyasi həyatda fəallığından və müasir dövrdə qadınların inkişaf imkanlarından bəhs edib.
Millət vəkili Azərbaycan qadınının tarixən müdrikliyi, fədakarlığı, gücü və milli dəyərlərə sədaqəti ilə seçildiyini vurğulayıb. O, bu gün qadınların elm, təhsil, mədəniyyət, siyasət və digər sahələrdə qazandıqları uğurların ölkənin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Tənzilə Rüstəmxanlı qadınların maariflənməsinə, şəxsi və peşəkar inkişafına dəstək verən bu cür təşəbbüslərin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.




