Cığatel İsaqızının 60 illik yubileyi qeyd olunub - FOTO
Tənzilə Rüstəmxanlı Cığatel İsaqızını 60 illik yubileyi münasibətilə təbrik edib.
Tenzilerustemhanli.az xəbər verir ki, şairə Cığatel İsaqızının 60 illik yubileyinə həsr olunmuş “Dostlar əhatəsində” adlı yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı yubilyarı səmimi qəlbdən təbrik edərək onun Azərbaycan poeziyasına verdiyi töhfələri, yaradıcılığında milli-mənəvi dəyərlərin əksini tapmasını və söz sənətinə bağlılığını yüksək qiymətləndirib.
Deputat Cığatel İsaqızına möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.




