SOY-KÖKÜN YADDAŞI, TARİXİN SƏSİ – “SOYAĞACIM – SONSUZ ACIM” - VİDEO

Bakının “Iris Hotel”ində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının “Soyağacım – Sonsuz acım” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tenzilerustemhanli.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, Xalq şairi Sabir Rüstəmxanlı, deputatlar Məlahət İbrahimqızı, Fəzail İbrahimli, Səbinə Salmanova, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, professor Firudin Cəlilov, Əlövsət Ağalarov və digər tanınmış ziyalılar iştirak ediblər.

“Soyağacım – Sonsuz acım” yalnız bir nəslin tarixini deyil, soy-kökə bağlılığı, ata-baba yurduna sədaqəti, milli yaddaşı və nəsildən-nəslə ötürülən mənəvi dəyərləri əks etdirən dəyərli əsərdir.

Təqdimat mərasimi tarixi yaddaşın qorunmasının, milli kimliyə sahib çıxmağın və mənəvi irsimizin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini bir daha ön plana çıxarıb.

Çünki insanın ömrü sona çatsa da, yaşatdığı yaddaş, qoruduğu köklər və gələcək nəsillərə qoyduğu iz əbədi yaşayır!

Soy ağacı köklərdən güc alar, insan isə o kökləri yaşatdıqca sonsuzlaşar…

Müəllif: Tənzilə Rüstəmxanlı
Baş redaktor: Əlövsət Ağalarov
Redaktor: Əntiqə Qonaq
Rəyçi: Ülviyyə Allahverdiyeva
@raminaslanov_ 📷
@irishotelbaku

Bənzər nəticələr

Daha çox