Tənzilə Rüstəmxanlı Suriyanın yeni seçilən deputatı Tarık Sulo Cevizcini təbrik edib

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Suriyada keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Hələb bölgəsindən millət vəkili seçilən və rəsmi andiçmə mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayan Tarık Sulo Cevizcini təbrik edib.

Tenzilerustemhanli.az xəbər verir ki, deputat Tarık Sulo Cevizciyə ünvanladığı təbrikdə ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb və yeni mərhələdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə inandığını bildirib.

Tənzilə Rüstəmxanlı qeyd edib ki, Tarık Sulo Cevizci uzun illərdir Suriya türkmənlərinin haqq səsinin beynəlxalq müstəvidə çatdırılması, Azərbaycan ilə Suriya türkmənləri arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl və dəyərli fəaliyyət göstərib. Onun bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər və xidmətlər hər zaman yüksək qiymətləndirilib.

Millət vəkili vurğulayıb ki, Tarık Sulo Cevizcinin deputat kimi fəaliyyətinin Hələb bölgəsinin sakinlərinin maraqlarının layiqincə müdafiəsinə, Suriyada sülh və sabitliyin möhkəmlənməsinə, həmçinin Azərbaycan, Suriya türkmənləri və bütövlükdə Türk dünyası arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfələr verəcəyinə əminlik var.

Tənzilə Rüstəmxanlı sonda Tarık Sulo Cevizciyə möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzulayaraq, Türk dünyasının ortaq dəyərlərinin qorunması və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirəcəyi bütün təşəbbüslərində müvəffəqiyyət diləyib.

Bənzər nəticələr

Daha çox