Neftçalada növbəti vətəndaş qəbulu keçirilib - FOTOLAR
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhərində növbəti vətəndaş qəbulunu keçirib.
Qəbulda Neftçala şəhəri, Xıllı qəsəbəsi, eləcə də Kürkənd, Qədimkənd, Qaravəlli, Tatarməhlə və Boyat kəndlərindən olan sakinlərin müraciətləri dinlənilib.
Müraciətlər əsasən əmək münasibətləri, şəhid ailəsinə məxsus torpaq sahəsinin sənədləşdirilməsi, müharibə veteranının torpaq təminatı, elektrik təchizatı, mənzil qeydiyyatı, yaşayış binasının dam örtüyünün təmiri, sosial yardım və məşğulluq məsələlərini əhatə edib.
Sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla müzakirələr aparılacağı bildirilib. Müraciətlərin araşdırılması və nəticələrinin izlənilməsi deputatın diqqətində saxlanılacaq.




