03 Dekabr 2024, Çərşənbə axşamı - 21:56

Tənzilə Rüstəmxanlı – Separatizmin kök saldığı ürəklərdə Vətəninə bağlılıq hissi məhv olur

“Ümumxalq türk birliyini, türk dövlətlərini, eləcə də, türk xalqlarını kimsə parçalaya bilməz. Separatçı xainlər özlərini, niyyətlərini ifşa etdikcə kimliklərini və milli mənsubiyyətlərini ortaya çıxarmış olurlar. Dövlətimizin güc strukturları separatçılara qarşı daim ayıq-sayıq vəziyyətdədir”.

Bu fikirləri İnterpress.az-a açıqlamasında Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı separatçı Fəxrəddin Abbasovun Rusiyada həbs olunmasına münasibət bildirərkən deyib.

T.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanı həm ərazi olaraq, həm də xalq olaraq daim bölməyə, parçalamağa cəhd göstərən antimilli ünsürlər olub. Amma onların niyyətləri təbii ki, qara ləkələrlə çirklənmiş ürəklərində arzu olaraq dəfn olunub: “Bu gün F.Abbasov kimi düşünənlərin mövcudluğu onu göstərir ki, bizim sapı özümüzdən olan baltalarımız var. Bunlar öz çirkin siyasətlərini yürütməkdə davam edirlər. Öz əqidədaşları ilə birlikdə işbirliklərini ortaya qoyurlar. Məhz F.Abbasov da belələrindən idi. İllərdir, xalqını, millətini, dövlətini tərk edib elə xalqına, millətinə, dövlətinə, Vətəninə qarşı iyrənc kampaniyalar aparırdı. Təbii ki, kimlərin sifarişi ilə bu kampaniyaları həyata keçirdiyi kimsəyə yad deyil. O, ermənilərin sifarişi ilə və erməni diaspor təşkilatlarının yazdığı ssenari əsasında ölkəmizə qarşı aparılan təbliğatın baş rol oyunçusu idi”.

ATEV sədri bildirib ki, separatizmin kök saldığı ürəklərdə millətinə, dövlətinə, Vətəninə bağlılıq hissi məhv olur: “Məhz buna görə də, Abbasov kimilərin qəlbində Azərbaycana qarşı zərrə qədər də olsa, məhəbbət hissi yox idi. Bu da sonda öz elinə, obasına, qohum-əqrəbasına düşmənçiliklə nəticələnir. Onu dəstəkləyənlər arasında yalnız ermənilərin olması onun dəfələrlə Ermənistana səfər etməsi ilə aşkara çıxdı. F. Abbasov Ermənistanın bir çox bölgələrində iştirak etdiyi bütün konfranslarda, tədbirlərdə dünya azərbaycanlılarına qarşı nifrət hissi oyadacaq çıxışlar edib”.

T.Rüstəmxanlının sözlərinə görə, separatçı Abbasov Ermənistanın hakim dairələrində xüsusi imtiyaza sahib olmaq üçün onların maraqlarına xidmət edəcək təbliğatların həyata keçirilməsində əsas fiqurlardan biri olub: “Azərbaycana qarşı hədyan çıxışları ilə sifarişçilərinə sədaqət nümayiş etdirib. Bu da onu sübut edir ki, Abbasovun himayədarları ermənilərdir. Amma bütün dünya bilsin ki, himayədarı, arxası erməni olan birinin hər an yıxılma ehtimalı var. Çünki erməni nə söykənəcək istinad yeri deyil, nə də güclü bir dövlət deyil”.

Qeyd edək ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənistanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.

Məlumat üçün bildirək ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Səid Qərib
İnterpress.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı