23 Noyabr 2024, Şənbə - 12:26

Tənzilə Rüstəmxanlı: “Mənim üçün sürpriz oldu”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İnterpress.az xəbər verir ki, təltif olunanlar arasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da var. O, təəssüratlarını saytımızla bölüşüb:

“Mənim üçün sürpriz oldu. Əlbəttə ki, belə bir təltifin olması çox xoşdur. Gözəl bir duyğudur. Əməyinizin, Azərbaycan üçün gördüyünüz işlərin dəyərləndirilməsi çox gözəldir. Başda Prezidentimiz İlham Əliyev olmaqla, bu işdə təşəbbüskar olan hər kəsə təşəkkür edirəm. Var olsunlar ki, fəaliyyətimi yüksək qiymətləndirdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı