Neftçalada vətəndaş qəbulları davam edir - FOTOLAR

Deputat Tənzilə Rüstəmxanlı sakinlərlə növbəti onlayn vətəndaş qəbulu keçirib.
Tenzilerustemhanli.az xəbər verir ki, qəbulda Neftçala rayonunun müxtəlif yaşayış məntəqələrindən – Neftçala şəhəri, Həsənabad qəsəbəsi, Boyat, Şorkənd və Qaravəlli kəndlərindən olan sakinlər iştirak ediblər.
Millət vəkili ilk olaraq Neftçalanın ucqar Şorkənd kəndindən gəlmiş şəhid və qazi atasını qəbul edib. Qəbul zamanı sakinlər pambıq subsidiyalarının alınması, Həsənabad qəsəbəsində su təchizatının gecikməsi, Qaravəlli, Yeniqışlaq və Mayaq kəndlərində qazlaşdırma işlərinin mövcud vəziyyəti, sosial yardım, mənzil təmiri və məşğulluqla bağlı müraciət, təklif və istəklərini deputatın diqqətinə çatdırıblar.
Millət vəkili Tənzilə Rüstəmxanlı vətəndaşların müraciətlərini dinlədikdən sonra aidiyyəti qurumların – Energetika Nazirliyi, Azərsu, Azəriqaz, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Ekspertiza Komissiyasının rəhbərliyi ilə əlaqə saxlayıb, məsələləri operativ şəkildə müzakirə edib.
Görülmüş və görüləcək işlər barədə vətəndaşlara ətraflı məlumat verilib.

Bənzər nəticələr

Daha çox