İlham Əliyev Sərdar Berdiməhəmmədovun adından təşkil olunan ziyafətə qatılıb - VİDEO
İlham Əliyev Türkmənistanda rəsmi ziyafətdə iştirak edib – Azərbaycan mədəniyyəti təqdim olunub
Tenzilerustemhanli.az xəbər verir ki, Türkmənistanın Avaza şəhərində Prezident Sərdar Berdiməhəmmədovun adından təşkil olunan rəsmi ziyafətdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Ziyafət çərçivəsində Azərbaycanın zəngin mədəni irsini, milli dəyərlərini, musiqisini və incəsənətini əks etdirən təqdimatlar nümayiş olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati hazırlığı ilə ərsəyə gələn mədəni proqramda milli mədəniyyətimizin rəngarəngliyi və xalqımızın mənəvi irsi təqdim edilib.
Qeyd olunub ki, bu cür tədbirlər Azərbaycanın mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, mədəni diplomatiyanın inkişafına və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.




