Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü qeyd olunub - FOTO

Tənzilə Rüstəmxanlı Türkmənistanın müstəqilliyinin 35-ci ildönümünə həsr olunan qəbulda iştirak edib.

Tenzilerustemhanli.az xəbər verir ki, oktyabrın 13-də Bakıda Türkmənistan səfirliyinin təşkilatçılığı ilə bu ölkənin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

Tədbirdə Milli Məclisin Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Tənzilə Rüstəmxanlı da iştirak edib.

Tənzilə Rüstəmxanlı Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafını müsbət qiymətləndirib. O, qısa müddət ərzində iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin genişlənməsinin, əməkdaşlığın yeni mərhələyə yüksəlməsinin sevindirici olduğunu vurğulayıb.

Deputat ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan Azərbaycan–Türkmənistan dostluğunun daim möhkəmlənməsini arzulayıb.

Bənzər nəticələr

Daha çox