Azərbaycan və Türkiyə parlament nümayəndələri Türkmənistanda bir araya gəlib - FOTO

Türkmənistanda Azərbaycan və Türkiyə parlament nümayəndə heyətləri arasında görüş keçirilib.

Tenzilerustemhanli.az xəbər verir ki, Türkmənistanda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan və Türkiyə parlament nümayəndə heyətləri arasında görüş olub.

Görüşdə Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Türkmənistan–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Tənzilə Rüstəmxanlı Türkiyə Böyük Millət Məclisinin deputatları Filiz Kılıç, Rukiye Toy, Seda Sarıbaş və Şengül Karslı ilə bir araya gəliblər.

Səmimi şəraitdə keçən görüşdə Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin tarixi kökləri, iki ölkə arasında formalaşmış möhkəm dostluq və strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub.

Tərəflər parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi və gələcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan–Türkiyə birliyinin yalnız iki qardaş ölkə üçün deyil, bütövlükdə Türk dünyasının həmrəyliyi və ortaq gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Bənzər nəticələr

Daha çox