15 İyul – Demokratiya və Milli Birlik Günü

15 İyul Türkiyə xalqının dövlətinə, demokratiyasına və milli iradəsinə sahib çıxdığı, birlik və həmrəyliyin bütün dünyaya nümayiş etdirildiyi tarixi bir gündür.

Bu əlamətdar gündə Vətən uğrunda canından keçən bütün şəhidləri dərin ehtiram və rəhmətlə anır, qəhrəman qazilərə sonsuz minnətdarlığımızı bildiririk.

Qardaş Türkiyənin birliyi, müstəqilliyi və gücü daim olsun. Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin əbədi olmasını arzulayır, dost və qardaş türk xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirik.

15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edirik.

media-744820526_18611168842053637_3876452610588871561_n
Milli Məclisin deputatı
Tənzilə Rüstəmxanlı 

Bənzər nəticələr

Daha çox