Tənzilə Rüstəmxanlı beynəlxalq səhiyyə konfransında iştirak edib - FOTOLAR

Tənzilə Rüstəmxanlı Türkmənistanda beynəlxalq konfransda iştirak edib.

Tenzilerustemhanli.az xəbər verir ki, Türkmənistanın “Avaza” Milli Turizm Zonasında “Ümumdünya Səhiyyə Əhatəsi və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda II Beynəlxalq Konfransın plenar iclası keçirilib.

Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri Myratberdi Gayypovun moderatorluğu ilə keçirilən iclasda müxtəlif ölkələrin parlament və hökumət nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında ölkəmizdə səhiyyə sisteminin inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı, müasir tibbi imkanların tətbiqi və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da plenar iclasda iştirak edib.

Konfransda universal səhiyyə xidmətlərinin təmin olunması, səhiyyə sistemlərinin təkmilləşdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması və regional, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Bənzər nəticələr

Daha çox