Sabir Rüstəmxanlı Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə iki nüfuzlu mükafata layiq görülüb - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təsis edilmiş Xatirə Nişanı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Döş Nişanı ilə təltif olunub.
Tenzilerustemhanli.az xəbər verir ki, mükafatlar Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Özbəkistan Respublikasının mədəniyyət naziri, Xalq artisti Ozodbek Nazarbekov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli tərəfindən təqdim edilib.
Təltif mərasimi Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir çərçivəsində keçirilib.
Mükafatlar Sabir Rüstəmxanlının türk dünyasının ortaq mədəni irsinin qorunması, türkoloji fikrin inkişafı və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsi kimi təqdim olunub.




