Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi müzakirə olunub - FOTO
Noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə edilib.
Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda büdcənin əsas prioritetləri, sosial-iqtisadi inkişaf, gənclər siyasəti, mədəniyyət və vətəndaş cəmiyyətinə dövlət dəstəyi məsələləri diqqət mərkəzində olub.
Bildirilib ki, müvafiq sahələrin maliyyələşdirilməsi üçün 643 milyon manat vəsait nəzərdə tutulub.
Müzakirələrdə komitə rəhbərləri, hökumət nümayəndələri, həmçinin millət vəkilləri Günay Əfəndiyeva, Sahib Alıyev, Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Əlibala Məhərrəmzadə və Azər Allahverənov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.




