Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqları Birliyinin baş katibi ATEV-i ziyarət edib - FOTO
Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqları Birliyinin baş katibi ATEV-i ziyarət edib.
Tenzilerustemhanli.az xəbər verir ki, Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqları Birliyinin baş katibi Cengiz Kocakaplan Azərbaycan-Türkiyə Evinə (ATEV) səfər edib.
Səmimi görüş zamanı Azərbaycan–Türkiyə münasibətlərinin strateji əhəmiyyəti, iki qardaş ölkə arasında təhsil, mədəniyyət və ictimai əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.
ATEV tərəfindən Cengiz Kocakaplanın ziyarəti və səmimi görüşü məmnunluqla qarşılanıb, ona təşəkkür bildirilib.
Görüşdə ortaq tarixə, milli-mənəvi dəyərlərə və qardaşlıq bağlarına söykənən Azərbaycan–Türkiyə münasibətlərinin bütün sahələrdə daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.




