Tənzilə Rüstəmxanlı Şimali Kipr Prezidenti Tufan Erhürmanla görüşdə iştirak edib - FOTO

Tənzilə Rüstəmxanlı Şimali Kipr Prezidenti Tufan Erhürmanla görüşdə iştirak edib.

Tenzilerustemhanli.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinə səfər çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı dünyanın müxtəlif ölkələrindən gəlmiş türk millət vəkilləri ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüş keçirib.

Görüşdə Türk dünyasının ortaq gələcəyi, türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq platformalarda birgə fəaliyyətin əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi, ortaq maraqların müdafiəsi və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Görüş zamanı vurğulanıb ki, Türk dünyasının birliyi ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində formalaşan möhkəm bağlara əsaslanır və bu həmrəylik gələcək əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Sonda nümayəndə heyəti səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmana təşəkkürünü bildirib, bu cür görüşlərin Türk dünyasının birliyi və dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Bənzər nəticələr

Daha çox