Şimali Kipr Milli Məclisinin sədri Ziya Öztürkler nümayəndə heyətini qəbul edib - FOTOLAR

Tənzilə Rüstəmxanlı Şimali Kipr Parlamentinin sədri ilə görüşdə iştirak edib.

Tenzilerustemhanli.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinə səfər çərçivəsində nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Milli Məclisinin sədri Ziya Öztürkler ilə görüş keçirib.

Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı da nümayəndə heyətinin tərkibində iştirak edib.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı Türk dünyasının birliyi, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, ortaq milli-mənəvi dəyərlərin qorunması və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər vurğulayıblar ki, qardaş türk dövlətlərinin parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsi Türk dünyasında həmrəyliyin güclənməsinə və ortaq maraqların daha səmərəli şəkildə müdafiəsinə mühüm töhfə verir.

Görüşün sonunda nümayəndə heyəti səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Şimali Kipr Türk Cümhuriyyəti Milli Məclisinin sədri Ziya Öztürklerə təşəkkürünü bildirib. Eyni zamanda, tərəflər qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

 

Bənzər nəticələr

Daha çox