Tənzilə Rüstəmxanlı “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panelində iştirak edir - FOTO
Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” adlı panel keçirilir.
Tenzilerustemhanli.az xəbər verir ki, Hilton Bakı Otelində keçirilən tədbirdə millət vəkili Tənzilə Rüstəmxanlı da iştirak edir.
Panel çərçivəsində türk dünyasının ortaq gələcəyi, əməkdaşlıq imkanları və qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunur.
Tədbirdə türk dövlətləri və xalqları arasında əlaqələrin daha da gücləndirilməsi, ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi və gələcəyə dair ümumi baxışların formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılır.




