Neftçalada vətəndaş qəbulu keçirilib - FOTO
Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçalada vətəndaş qəbulu keçirib.
Tenzilerustemhanli.az xəbər verir ki, Neftçalada keçirilən vətəndaş qəbulunda şəhər sakinləri ilə yanaşı, Həsənabad qəsəbəsi, Qoltuq, 1-ci Qaralı və Xolqarabucaq kəndlərinin sakinləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar su təchizatı, məşğulluq, sosial müavinət və yardımlar, özünüməşğulluq mərkəzinin yaradılması, məhkəmə işləri və digər məsələlərlə bağlı müraciətlərini deputata çatdırıblar.




