Tənzilə Rüstəmxanlı Arzu Erdemlə görüşdü: “Türk dünyasına olan sevgimiz daim olsun”

Millət vəkili Tənzilə Rüstəmxanlı Türkiyənin tanınmış ictimai-siyasi xadimi Arzu Erdemlə görüşüb.

Tenzilerustemhanli.az xəbər verir ki, millət vəkili görüşlə bağlı paylaşımında Arzu Erdemi uzun illərdir tanıdığını və onun milli duruşu, vətəninə və millətinə bağlılığı ilə seçildiyini bildirib.

Tənzilə Rüstəmxanlı qeyd edib ki, Arzu Erdem yalnız siyasət və ictimai fəaliyyətdə öz sözünü demiş xanım deyil, həm də Türk millətinə sevgisini və milli-mənəvi dəyərlərə sədaqətini əməlləri ilə göstərən, mövqeyindən və prinsiplərindən dönməyən bir Türk qadınıdır.

Arzu Erdem 25, 26 və 27-ci çağırışlarda Milliyyətçi Hərəkat Partiyasından İstanbul millət vəkili kimi Türkiyə Böyük Millət Məclisində fəaliyyət göstərib. Hazırda isə TYT Türk İdarə Heyətinin sədri və Ulusal Yardım Eğitim Vakfının başqanı kimi fəaliyyətini davam etdirir.

Tənzilə Rüstəmxanlı vurğulayıb ki, Arzu Erdemin illərdir dəyişməyən əsas xüsusiyyətləri onun milliyyətçi ruhu, vətən sevgisi və Türk millətinə bağlılığıdır.

“Belə milli düşüncəli, cəsarətli və dəyərli Türk qadınları ilə yolumuzun kəsişməsi, eyni amal və duyğuları paylaşmaq mənim üçün hər zaman qürur və sevinc mənbəyidir”, – millət vəkili qeyd edib.

O, Arzu Erdemlə bir arada olmaqdan və dostluq bağlarını bir daha yaşamaqdan məmnunluğunu ifadə edib.

“Dostluğumuz, birliyimiz və Türk dünyasına olan sevgimiz daim olsun”, – Tənzilə Rüstəmxanlı bildirib.

media-808585165_4540938236187971_7033559369230971519_n

 

Bənzər nəticələr

Daha çox