Millət vəkili Tənzilə Rüstəmxanlı Ombudsman Səbinə Əliyevanı doğum günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyeva uzun illərdir ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, hüquqi dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm fəaliyyət həyata keçirir. Onun rəhbərliyi ilə Ombudsman təsisatı insan hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinin operativ araşdırılması, həssas əhali qruplarının müdafiəsi və hüquqi maarifləndirmə sahəsində mühüm uğurlara imza atıb.
Səbinə xanımın fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da yüksək qiymətləndirilir. İnsan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, hüquqi islahatlara dəstək və humanist dəyərlərin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl işlər Azərbaycan dövlətinin insan amilinə verdiyi önəmin bariz nümunəsidir.
Onun peşəkarlığı, yüksək intellekti, dövlətçilik mövqeyi və cəmiyyətə xidmət prinsiplərinə sadiqliyi daim böyük rəğbətlə qarşılanır. Səbinə Əliyevanın fəaliyyətində insanlara həssas münasibət, sosial ədalətə bağlılıq və milli-mənəvi dəyərlərə hörmət xüsusi yer tutur.
Millət vəkili Tənzilə Rüstəmxanlı Ombudsman Səbinə Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və insan hüquqlarının qorunması sahəsində həyata keçirdiyi məsuliyyətli fəaliyyətində yeni nailiyyətlər arzulayır.




