15 Oktyabr 2024, Çərşənbə axşamı - 17:42

Bollivud ulduzu: “Azərbaycanı sevəcəyimi bilirdim”

30.06.2017     15:19

Hindistanın məşhur aktyoru Avinaş Saçdevi Bakıda səfərdədir. APA TV-nin xəbərinə görə, Bollivud ulduzu keçirdiyi mətbuat konfransında Azərbaycana səfərindən qürur hissi keçirdiyini deyib: “Azərbaycanda olmaqdan çox xoşbəxtəm. Bu ölkə ilə tanışlığa böyük marağım var idi”.

Avinaş Saçdevi Azərbaycanda ən çox insanların qonaqpərvərliyini bəyənib: “Azərbaycana gələcəyim təqdirdə, buranı sevəcəyimi bilirdim. Əsas istəyim Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olmaqdır”.

Avinaş Saçdevi Azərbaycan filmlərini izləmədiyini, amma hər hansı bir təklif olarsa, Azərbaycanda müəyyən layihələrdə iştirak edə biləcəyini deyib.

Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gələn aktyorun iyunun 28-də “Nizami” sinema-klubda imza günü və fanatları ilə görüşü nəzərdə tutulub. Məqsəd Hindistanla Azərbaycan arasında mədəni əlaqələrin qurulması və Avinaşın fanatları olan ölkələrdə Azərbaycanın təbliğatını aparmaqdır. Bu dəvət Azərbaycanın dünyada tanıdılmasına hesablanıb.

Qeyd edək ki, Avinaş Saçdevi Türkiyənin “Kanal 7” televiziyasında yayımlanan “Tatlı bəla” serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.

Sayta əlavə et

Hiperlink

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı