19 Mart 2024, Çərşənbə axşamı - 07:31

Məqsədimiz

Müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına nail olmaq;

Türkçülük ideyalarının təbliği;

Özünüdərk və milli kimliyimizin təbliği;

Azərbaycan xalqının tarixi faciələrini, torpaqlarımızın parçalandığını, nəticədə milyonlarla soydaşımızın müxtəlif dövlətlərin tərkibində yaşadığını və onlar arasında mənəvi, mədəni, iqtisadi əlaqələrin möhkəmləndirilməsi zərurəti;

Azərbaycanın müstəqil dövlət kimi daha da möhkəmlənməsi, inkişafı, dünya dövlətləri sırasında öz layiqli, etibarlı yerini tutması üçün beynəlxalq əlaqələrin genişləndirilməsinə olan ehtiyac;

Ermənistan tərəfindən işğala məruz qalması, respublikamızın haqq səsinin dünyaya çatdırılması yolunda qarşımızda duran vəzifələri;

Azərbaycan mühitində qadınların ənənəvi şəkildə oynadıqları əhəmiyyətli rolu;

Dünyada sülhün qorunmasında, xalqların, dövlətlərin yaxınlaşmasında, əlaqələrin genişlənməsində, beynəlxalq qadın hərəkatları və cəmiyyətlərinin böyük xidmətlərini nəzərə alaraq, dünyanın bütün qitələrinə səpələnmiş azərbaycanlı qadınlarını öz vətənlərinə daha möhkəm bağlamaq, onlar arasında əlaqələri genişləndirmək, onları dövlətimizin ictimai-mənəvi həyatına daha sıx qovuşdurmaq, onların gücünü millətimizin ümumi problemlərinin həllinə doğru istiqamətləndirmək;

Digər ölkələrdə yaşayan azərbaycanlı qadınların vasitəsilə həmin ölkələrin qadın təşkilatlan və qabaqcıl qadınları ilə işgüzar, dostluq, elmi və mədəni əlaqələr qurmaq və inkişaf etdirmək;

Azərbaycan qadınlarını beynəlxalq aləmdə yaxından tanıtdırmaq, həyatımızın bütün sahələrində qadınlarımızın oynadığı mühüm rolu layiqincə göstərib, təbliğ etmək;

Azərbaycan qadınlarının sülh hərəkatında, beynəlxalq görüşlərdə, elmi, siyasi və yaradıcılıq konfranslarında iştirakına yardım göstərmək;

Qadın problemlərini öyrənmək, bununla bağlı ölkə daxili və beynəlxalq tədbirlər təşkil etmək;

Xaricdə yaşayan soydaşlarımızla əlaqələri, xüsusən, informasiya mübadiləsini genişləndirməkdir.

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı