16 Avqust 2018, Cümə axşamı - 05:10

Bioqrafiya

Rüstəmxanlı Tənzilə Yolçu qızı

1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndinən anadan olmuşdur. 1969-ci ildə ailə vəziyyətimlə əlaqədər Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-ci ildə Qazbinə kənd orta məktəbin birinci sinifinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinifini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır. 1996-ci il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin- sədri seçilmişdir. АТQB-nın Azərbaycan ilə yanaşı Türkiyə, İsveç, Kanada, ABŞ, Şotlandiya, Almaniya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə təmsilçilikləri vardır. Tənzilə Rüstəmxanlı bir çox beynalxalq konfrans və simpoziumların təşkilatçısı və iştirakçısı olmuşdur. Dünya Azərbaycanlıların Konqresində sədrin Türk Dünyası üzrə müşaviridir. Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfinin Türk dünyasına xidmətlərinə görə, fəxri fərman və mükafatlarına layiq görülmüşdür. Türkiyənin Asılsız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin İdarə Heyətinin üzvüdür. İctimai işlərlə yanaşı Azərittifaqın fəaliyyətində də aktiv iştirak edən Tənzilə Rüstəmxanlı «koorperasiya əlaçısı» nişanına layiq görülmüşdür. Rəhbəri olduğu Azəri-Türk Qadınlar Birliyi müxtəlif illərdə nüfuzlu sorğu mərkəzlərinin açıqladıqları nəticələrə görə, “ilin ən yaxşı təşkilatı” adına layiq görülmüşdür. Tənzilə Rüstəmxanlı 2001-ci ildə Azərbaycanda keçirilən sorğımın nəticəsinə görə “İlin Qadını” adına layiq görülmüşdür. 2002-ci ildə “ilin vətənpərvər”i, 2003-cu ildə “Azərbaycanın tanınmış ziyalısı” və “Azərbaycanın tanınmış xanımları” beynalxalq layihəsinin qalibi, 2004-cü ildə isə “XXI əsrin tanınmış ziyalısı” diplomları ilə təltif olunmuşdur. 22.12.2006. Azərbaycan-Türk Dünyası ictimai əlaqələrinin inkişafında göstərdiyi fədakar xidmətlərinə görə, “Qız Qalası Milli Mükafatı ilə mükafatlandırılmışdır. Türkçülüyün təbliğində xidmətlərinə görə, 26.12.2006-ci il tarixində “Qızıl Buta” Müstəqil Milli Mükafata təltif görülmüşdür. 17 may 2006. KANAL 7-nin “Zirvədəkilər”ödülünə layiq görülmüşdür. 15 sentyabr 2007-ci ildə Türkiyə Cumhuriyyətinin Kastamonu Bələdiyyə başqanlığı tərəfindən “Türk Dünyası Gənclərinin”əlaqələrinin genişlənməsindəki fəaliyyətinə görə, mükafata layiq görülmüşdür. 02.11.2007. Kərkük türkmənlərinin mükafatına layiq görülmüşdür. 27 mart 2008. Yalova Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi tərəfindən “Xocalı Soyqırımının təbliği ilə bağlı mübarizəyə” görə, xüsusi mükafatla təltif olunmuşdur. 24 aprel 2010-cu il. Avrasya Qazeteciler Dərnəyi tərəfindən Xüsusi Mükafatla təltif görülmüşdür. 5 mart 2011-ci il. Azəri-Türk Qadınlar Birliyi Dövlət Ailə Qadın və Uşaq siyasətinin həyata keçirilməsində səmərəli əməkdaşlığa görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Diplomu ilə təltif olunmuşdur. 2013-cü ildə Türk Egitim-Sen tərəfindən ATATÜRK və Türk milləri mövzusunda keçirilən tədbirin Xüsusi Mükafatına layiq görülmüşdür. Ailəlidir, 2 övladı var. Həyat yoldaşı – Rüstəmxanlı Sabir Xudu oğlu, Filologiya elmləri doktoru, xalq şairi, millət vəkilidir.

Tanzila Rustamkhanly

Dr.Tanzila Rustamkhanly was born in Amasya, in the province of West Azerbaijan on November 28, 1960. She graduated the Baku branch of the Moscow Cooperative Institute, while working in “Azerunion”. She is a highly educated economist. Tanzila Rustamkhanli was elected chair of the Turkish-Azerbaijan Women’s Association in May 3, 1984. She is also head of the Azerbaijan Turkish Cultural Association since May 10, 2013. Received the doctoral degree in philology from Baku State University in 2012. Organizer and participator of a number of international conferences. She is also councilor of the Chairman of World Azerbaijanis Congress on Turkic World. Board member of the “Against the Armenian Genocide” federation of Turkey.

Tanzila Rustamkhanli has received the following honors, awards, and recognition:

  • “Woman of the Year Award”, 2001
  • “Patriot of the Year Award”, 2002
  • “Award for Best Public Union”,2003
  • “The Public Union of the Year Award”, 2003
  • Awarded with the Prizes of Turkish World Research Foundation for services to Turkic world for 6 different times.
  • Winner of the “Azerbaijan Famous Intellectuals” and “Azerbaijan Famous Women” international project,2003
  • “ Well-known intellectual of XXI century”,2004
  • “Maiden Tower National Award” for services in public relations development of Azerbaijan-Turkey,2006.
  • “Gold Buta National Award” for propagation of Turkism.
  • “Summit 2005 Award” by Channel 7,2006
  • “Award of Kirkuk Turkmen”,2007
  • Diploma for the struggle of Turkism protection in Azerbaijan” by PressPost Information Agency.
  • Award for the activity in expanding the Turkic World Youth relations by municipality in Kastamonu Province,2007
  • “Award for the struggle of Khodjali Genocide” by Yalova Society for the Struggle of Unfounded Armenian appeals ,2008
  • Award for by International interracial unity for services in public relations development in Europe,2009
  • Award by Eurasian Journalists Society,2010
  • “Maiden Tower National Award” for services in public relations development of Azerbaijan-Turkey,2010
    Award by the municipality of Sparta,2010
  • Award by the Struggle of Unfounded Armenian appeals ,2011
  • Award for “Khojaly genocide”massacre by MHB Sultanbayli ,2012
  • “Ataturk and Turkic Nation Award” by Türk Egitim Sen,2013
  • “Honor Award named after Turan Yazqan” by the Dr.Eyyup Aktepe ,dean Turkish World Economy Faculty,2013
  • “Service for Turkic World Award” by “Silkway Journal and Silkway Strategic Research Center,201

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı