15 Oktyabr 2024, Çərşənbə axşamı - 17:07

Azəri-Türk Qadınlar Birliyi

ATQB Vətəndən kənarda yaşayan azərbaycanlı analara övladlarına ana dillərini öyrətməkdə köməkliklər göstərmək, bundan əlavə, Azərbaycan Respublikası qanunları ilə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olmaq vəzifələrini öz öhdəsinə götürür;

Birlik məqsəd və fəaliyyəti barədə məlumatlan sərbəst surətdə yayır, üzvlərinin qanuni mənafelərini təmsil edir və qoruyur;

Torpaq, binalar, tikintilər icarəyə götürür, müəssisələr, kooperativlər və s. təşkilatlar təsis edir;

Dövlət orqanları və ictimai birliklərlə elmi-nəzəri konfranslar, görüşlər və s. təşkil edir. Qadın təşkilatlarının tədbirlərində iştirak edir;

Beynəlxalq telefon, teleqraf, telefaks və digər rabitə əlaqələrindən istifadə edir;

Üzvlərini dünyanın qabaqcıl elm və təhsil ocaqlarına təhsil almağa və təcrübəyə göndərir.
XARİCl ƏLAQƏLƏR 

Kanada, Hollandiya, Almaniya, Türkiyə, Avstriya, İsveç, İran və s. ölkələrdə özəkləri var;

MDB ölkələri ilə sıx əlaqələri var;

1996-cı ildə “Kanada-Azərbaycan Qadınlarının Beynəlxalq Klubu” yaradılıb.

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı