28 Mart 2024, Cümə axşamı - 16:22

TÜİB Tənzilə Rüstəmxanlını təbrik etdi: “Azərbaycanda türklük şüurunun formalaşmasında müstəsna xidmətlərinizə görə…”

Bu gün tanınmış ictimai xadim, Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının 60 yaşı tamam olur.

Yenicag.az xəbər verir ki, bu münasibətlə, T.Rüstəmxanlıya ölkə daxilindən və xaricindən çoxsaylı təbrik məktubları ünvanlanıb.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TUİB) də bu təbriklərə qoşularaq, Tənzilə Rüstəmxanlını xüsusi “Təşəkkürnamə” ilə təltif edib.

TÜİB sədri Hüseyin Büyükfıratın imzasını daşıyan “Təşəkkürnamə”də qeyd olunub ki, “Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında, Azərbaycanda türklük şüurunun formalaşmasında müstəsna xidmətlərinizə görə Sizə minnətdarlığımızı bildirir, mübarizələrlə dolu ömrünüzün 60-cı ilini səmimiyyətlə təbrik edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı