Tənzilə Rüstəmxanlı və Sabir Rüstəmxanlı kitab sərgisinin açılışında iştirak edib - FOTOLAR
Tənzilə Rüstəmxanlı və Sabir Rüstəmxanlı XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Tenzilerustemhanli.az xəbər verir ki, 21 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin təntənəli açılış mərasimi keçirilib.
Mədəniyyət və ədəbiyyat nümayəndələrinin, tanınmış yazarların və digər qonaqların iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı və Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı da iştirak ediblər.
Qeyd edək ki, Sabir Rüstəmxanlı builki sərginin fəxri yazarlarından biridir.
Kitab və mütaliə mədəniyyətinin təbliği, milli ədəbiyyatın inkişafı və Azərbaycan ədəbi irsinin daha geniş auditoriyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyan sərgi müxtəlif ölkələrin nəşriyyatlarını, müəlliflərini və kitabsevərlərini bir araya gətirir.
XII Bakı Beynəlxalq Kitab Sərgisi mədəni əlaqələrin genişləndirilməsi, ədəbi əməkdaşlığın inkişafı və cəmiyyətdə mütaliəyə marağın artırılması baxımından əhəmiyyətli platforma rolunu oynayır.




