Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Dünya Qarapapaq Türkləri Məclisi tərəfindən “Türk Dünyasına Xidmət” medalı ilə təltif olunub.
Bu qərar ötən ay təşkilatın baş tutan qurultayında qəbul olunub.
Medal DQTM-in sədri Seyfullah Türksoy tərəfindən Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlıya təqdim olunub.