18 Aprel 2021, Bazar - 13:16

Tənzilə Rüstəmxanlı Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçisi ilə görüşüb – FOTOLAR

İnterpress.az xəbər verir ki, Azərbaycan Türkiyə Evinin (ATEV) Və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçiliyini ziyarət edib.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi ilə görüşüb. Tanışlıq görüşündə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib və bir sıra məsələlər müzakirə olunub.
ATEV sədri görüş zamanı Növber Ferit Veçhini yeni təyinatı münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycan ilə KKTC arasında dövlətlərarası mədəniyyətin yüksəlişi fonunda xidmətlər göstərmək damarlarında türk qanı axan hər bir şəxs üçün qürurvericidir.
Görüşdə Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyəti də müzakirə olunub. Eyni zamanda, gələcəkdə də ATEV ilə birlikdə əməkdaşlıq fəaliyyətlərinin genişlənməsindən də söz açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı