29 Mart 2024, Cümə - 06:21

Tənzilə Rüstəmxanlı Şəkidə diaspor gəncləri ilə görüşüb – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə öz işini davam etdirib.

İnterpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə keçirilən yay düşərgəsi zamanı dünyanın 37 ölkəsindən gələn diaspor nümayəndələri ilə Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı arasına görüş keçirilib.

ATEV sədri gənc diaspor liderlərinə diaspor fəaliyyətinin əsas predmetləri haqqında söz açıb.

Eyni zamanda, o, bəzi tövsiyyələrini də gənc liderlərlə bölüşüb.

T.Rüstəmxanlı gənc diasporçularla görüşü zamanı onlara hər zaman dəstək olduğunu bildirib. Qeyd edib ki, xarici ölkələrdə azərbaycançılıq ideologiyasının və dövlətçiliyin qorunması və təbliği fonunda bu gün gənclərimizə ehtiyyac duyulur.

İnterpress.az

Tənzilə Rüstəmxanlı Şəkidə diaspor gəncləri ilə görüş keçirib - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı