Tənzilə Rüstəmxanlı növbəti onlayn vətəndaş qəbulu keçirib - FOTOLAR
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı növbəti onlayn vətəndaş qəbulu keçirib.
Tenzilerustemhanli.az xəbər verir ki, qəbulda Neftçala rayonunun Yuxarı Qaramanlı, Kürkənd və 1-ci Qaralı kəndlərindən olan sakinlər iştirak edərək onları narahat edən məsələləri, arzu və təkliflərini deputatın diqqətinə çatdırıblar.
Müraciətlər əsasən pay torpaqlarına dair dövlət aktlarının alınması, subsidiyalarla bağlı çətinliklər, təqaüddə olan bəzi hərbi qulluqçuların mənzil bölgüsündə qarşılaşdıqları problemlər, məşğulluq, rayonda iş yerlərinin ixtisarı və vətəndaşların istirahət hüquqlarının təmin olunması kimi məsələləri əhatə edib.
Deputat Tənzilə Rüstəmxanlı sakinlərin müraciətlərini diqqətlə dinləyərək hər bir məsələ ilə bağlı ətraflı izah verib. O, qaldırılan problemlərin müvafiq qurumlar qarşısında ciddi şəkildə qaldırılacağını bildirib.
Digər müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlərin ünvanlanacağı və məsələlərin həlli istiqamətində işlərin daim nəzarətdə saxlanılacağı vurğulanıb.




