15 Oktyabr 2024, Çərşənbə axşamı - 17:11

Tənzilə Rüstəmxanlı Elçibəy ailəsinə başsağlığı verdi

Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycanın sabiq prezidenti Milli Azadlıq Hərakatının Lideri Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Mətndə deyilir: Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar birliyinin üzvləri və şəxsən öz adımdan Azadlıq Hərakatının məhrum Lideri Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!\”

Qeyd edək ki, dünən Türkiyədə vəfat edən H. Əliyevanın nəşi Naxçıvana aparılıb. Bu gün vəsiyyətinə uyğun olaraq Kələki kəndində dəfn olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı