Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Türkiyədə “Xocalı” konfransları davam edir.. Yenicag.az xəbər verir ki, “Dağlıq Qarabağ; sözdə “erməni soyqırımı” məsələsində Azərbaycan və Türkiyəni birləşdirən məqamlar; Qərbi Azərbaycan (İndiki Ermənistandan deportasiya) problemi” adlı rəhbəri olduğu layihənin həyata keçirilməsi ilə əlaqədar Türkiyənin müxtəlif bölgə və nahiyələrində konfrans və görüşlər təşkil edən Tənzilə Rüstəmxanlı dünən İstanbul Mərmərə Universitetində “Xocalı” mövzusunda çıxış edib.
Universitetin müəllim və tələbə heyətinin böyük maraq göstərdiyi konfransa Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov da qatılıb.
Məruzəçilər Qarabağ məsələsi, Xocalı soyqırımı mövzusunda çıxış ediblər.