20 Aprel 2024, Şənbə - 05:36

Tənzilə Rüstəmxanlının 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə təbrik mesajı

Azərbaycan Türkiyə Evinin sədri, Azəri Türk Qadınlar birliyinin başqanı Dr. Tənzilə Rüstəmxanlının 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə təbrik mesajı

Qazi Mustafa Kamal Atatürkün uşaqlara hədiyyə etdiyi 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı bu gün bütün dünya uşaqları tərəfindən coşğuyla qeyd edilir və bu bayram Türkiyə Respublikasının gələcək nəsillərə verdiyi dəyəri və duyduğu etibarı bütün dünyaya açıqca göstərir.

Böyük Öndər Mustafa Kamal Atatürk , Millətinə olan hörmətini Dövlət rəhbərliyində millət iradəsini ən üstün güc qəbul və elan edərək 23 Aprel 1920-ci ildə TBMM açılış gününün bayram olaraq qeyd olunması istəmiş və bu bayramı Türkiyə Cümhuriyyətinin əbədi var olmasının təminatı olan Türk Uşaqlarına hədiyyə etmişdir.
Milli Suverenlik və Uşaq Bayramı , Beləliklə böyük mənalarla yüklüdür. 23 Aprel , dünya uşaqlarının iştirakı ilə qeyd olunan , sülh və qardaşlıq kimi uca dəyərlərin səmimiliklə paylaşılmasına , dünyaya yayılmasına , fərqli mədəniyyətlərin ortaq nizamda görüşməsinə və qaynaşmasına vasitəçilik edən bir bayramdır.

Bütün dünya uşaqlarının sülh, əmin-amanlıq içində, xoşbəxt yaşamalarını arzu edirəm. Uşaqlar dünyadır, çalışaq bu aləm gözəl olsun. Bayramınız mübarək olsun əziz uşaqlar .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı