15 Oktyabr 2024, Çərşənbə axşamı - 17:42

Tənzilə Rüstəmxanlıdan Türkməneli müraciəti

“Türkmənelini sahibsiz buraxsaq, tarix və gələcək nəsillər bu ayıbı bizə bağışlamaz”

 

Kərkük yenə qan ağlayır. Mosul, Tzurmatu, Təlafər yenə də fəryad edir. Dünya isə bu qətliama növbəti dəfə göz yumur. Türk Dünyası bu zülmə son vermək üçün nədənsə ləngiyir. Doğrudur, Türkiyədə MHP və ülkücü hərəkat türkmənlərə yardım üçün çalışmalara başlayıblar. Bu kampaniyanın bütün Türk ölkələrində start verilməsi gərəkir. Azəri Türk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı bu fikirdədir:

“Bu gün İraqdakı Türkmən qardaşlarımızın bizə ehtiyacı var. Biz onlara bu gün yardım etməyəcəyik də, nə zaman edəcəyik? Bu gün Kərkükü unutsaq, sabah Doğu Türküstanı, sonra da digər Türk yurdlarını itirəcəyik. Biz əlimizdən gəldiyi qədər yardımlarımızı Kərkükdən-Mosuldan əsirgəməməliyik. Bütün Azərbaycan türkləri vətənimizin bir parçası olan Kərkük-Mosul-Təlafərdəki qardaşlarımıza yardım üçün səfərbər olmalıdır”.

 

Azərbaycan türklərinə çağırış edən Tənzilə Rüstəmxanlının sözlərinə görə, “Türkün gücünü bilən düşmən davamlı olaraq, onu əsarət altında saxlamaq istəyir. Dünən PKK-nı gücləndirənlər, bu gün İŞID vasitəsi ilə türkmən soyqırımı etmək istəyirlər. Biz Azərbaycanın və Türk Dünyasının bir parçası olan Türmənelini sahibsiz buraxmamalıyıq. Tarix və gələcək nəsillər bu ayıbı bizə bağışlamaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı