Qərbi Azərbaycana dair nəşrlər Türkiyənin Millət Kitabxanasına hədiyyə olundu - FOTOLAR
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində Ankarada, Türkiyə Cumhurbaşkanlığı Külliyəsində yerləşən Millət Kitabxanasında görüş və kitab təqdimatı keçirilib.
Tenzilerustemhanli.az xəbər verir ki, təqdimat zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış ideyasına həsr olunmuş nəşrlər kitabxanaya hədiyyə edilib.
Həmçinin Qərbi Azərbaycanın 1903-cü ilə aid hərbi-topoqrafik xəritəsi təqdim olunub.
Tədbirdə Millət Kitabxanasının direktoru Ayhan Tuğlu, Türkiyə Prezidentinin baş müşaviri, professor Seyit Sərtçəlik, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova, Qadınlar Şurasının sədr müavini, dosent Könül Həsənova, dosent Həqiqət Hacıyeva, dosent Xatirə Mehdiyeva, dosent Gülzadə Abdulova və Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva iştirak ediblər.




