Qərbi Azərbaycan İcmasında vətənpərvərlik ruhlu kitab təqdimatı keçirildi - FOTOLAR
Qərbi Azərbaycan İcmasında Zərifə Quliyevanın kitablarının təqdimatı keçirilib.
Tenzilerustemhanli.az xəbər verir ki, mayın 13-də Qərbi Azərbaycan İcmasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, həkim və yazıçı-publisist Zərifə Quliyevanın müəllifi olduğu “Heydər Əliyev irsi”, Xarüqələr yaradan qətiyyətli lider və Zəfər tariximizin fatehləri kitablarının təqdimatı keçirilib.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edərək müəllifin dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin və Zəfər tariximizin təbliğinə verdiyi töhfələri yüksək qiymətləndirdilər.




