21 Noyabr 2024, Cümə axşamı - 11:45

Dağlıq Qarabağ

Qarabağ müharibəsi — 19911994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycanarasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamı olmuşdur.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır.

Münaqişə

60-cı illərin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycanlı hərəkat qızışdı. 1965-ci il aprelin 23-də uydurma “erməni genosidi”nin 50 illiyi, cəllad Andronikin isə 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu da burada ata-baba torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına yeni, güclü təkan verdi. DQMV-də erməni millətçiliyi açıq surətdə dərin kök salırdı. Azərbaycanlılar burada – öz torpaqlarında sıxışdırılırdı. Vilayətin azərbaycanlılar yaşayan məntəqələrinə kömək etmək məqsədilə 1967-ci ildə ayrılan vəsaitin Bakıda DQMV-nin rayonları üzrə konkret tələblər üzrə bölünüb təsdiq olunması cəhdinə erməni lobbisi ciddi müqavimət göstərdi. Həmin il Stepanakertdə bir neçə azərbaycanlı qətlə yetirildi.

Cənubi Qafqazın iki dövləti arasındakı münaqişə 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayıb. Azərbaycan 20% ərazisi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələrininişğalı altındadır. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb və RusiyaFransa və ABŞ kimi dövlətlərin həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında başlanılan sülh danışıqları hələ də uğursuz şəkildə davam edir. İşğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır. Müharibə illərində Azərbaycana böyük maddi və mənəvi zərər dəymiş, çoxu günahsız dinc sakin olan 30 min azərbaycanlı ermənilər tərəfindən qətl edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə 600 məktəb, 65 peşə məktəbi və 700 səhiyyə obyekti Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Erməni ekspansiyası

1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonraazərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan (İrəvan) şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən Miatsumun həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan“Humanite” qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən “Qarabağ” və “Krunk” təşkilatlarının fəaliyyəti, “ziyalı” pərdəsinə bürünmüş Silva KaputikyanZori Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası

1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana yetişir. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvəllərində şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C. Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlıları oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.

Sumqayıt hadisələri

“Sumqayıt qırğınları” proqramının icraçılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməni idi. Öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşürdü. Hadisədən on gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, “Sumqayıt qurbanları”nın xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində (Stepanakertdə) qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı. Sonralar Levon Ter-Petrosyan öz müsahibələrinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi. Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur.

Müharibənin başlanması

Azərbaycan əsgərləri döyüşdən sonra

1989-cu ilin ikinci yarısından etibarən Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumlar etməyə başlayırlar.

1988-ci ildə Dağlıq Qarabağda ermənilərin kompakt yaşadığı yaşayış məntəqələrindən azərbaycanlılar qovulmağa başlayır. Həmin ilin sentyabr ayında Dağlıq Qarabağın ən böyük yaşayış məntəqəsi olan Xankəndidən bütün azərbaycanlılar, Şuşadan isə ermənilər qovulur. 1988-ci il sentyabrın 21-də Qarabağda Xüsusi idarə rejimi elan olunur. Noyabr ayında eazərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası təşkil olunur. Bunacavab olaraq Bakıda kütləvi mitinqlər keçirilir. 1988-ci ildə Ermənistanda kütləvi dağıntılara səbəb olanSpitak zəlzələsi baş verir. Qarabağda Xüsusi idarə komitəsi təşkil olunur, onun başçısı isə Moskvadan təyin olunan Arkadi Volski idi. Noyabr ayında həmin komitə buraxılır. 1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Bunun əvəzində Azərbaycan SSR Ermənistanın blokadaya alınması barədə qərar qəbul edir. Bu qərar Ermənistan iqtisadiyyatına ağır zərbə vurur, belə ki, Ermənistana gələn malların 2/3-si Azərbaycan ərazisindən keçirdi. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında” qərar qəbul etdi. 1990-cı ildə Ermənistan açıq şəkildə Azərbaycana qarşı işğalçılıq fəaliyyətinə start verdi. 1990-cı ilin martın 24-də ermənilər Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal edirlər. İşğal nəticəsində 10 nəfər azərbaycanlı öldürülür, 100-dən çox ev yandırılıb və kəndin sağ qalan əhalisi öz torpaqlarından qovulub. [3] 1990-cı il yanvar ayında Bakıya Sovet qoşunları yeridilir, Qanlı yanvar gecəsində 100-dən çox insan öldürülür. 20 yanvarda Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının başçısı təyin olunur, ikinci katib Viktor Polyaniçko isə Dağlıq Qarabağı idarə edən xüsusi nümayəndə kimi ora göndərilir. İyul ayının 25-də Sovet rəhbərliyi Dağlıq Qarabağdakı bütün qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi əmrini verir. 1991-ci ilin əvvəlində ermənilərin Qazax vəGöygöl rayonlarına olan hücumları intensivləşdi. Erməni silahlı quldur dəstələri azərbaycanlıların yaşadığı kəndlərə daha tez-tez hücum edərək onları yandırır, dinc əhalini güllələyirdilər. Buna cavab olaraq Sovet ordusu və Azərbaycan XTPD-si həmin rayonlarda erməni silahlılarına qarşı Çaykənd əməliyyatını həyata keçirir.

Ermənistanın işğalçılıq siyasətini pərdələmək məqsədilə 1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq “Dağlıq Qarabağ Respublikası”nın qurulmasını bəyan etdilər.

Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. Noyabrın 20-də Qarakənd səmasında sülh danışıqları üçün Qarabağa gedən və içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın hökümət nümayəndələrinin olduğu vertolyot vurulur. Buna cavab olaraq noyabrın 20-də artıq müstəqil olan Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtar statusunu ləğv edir və Stepanakert şəhərinin adını Xankəndinə dəyişdirir.

Müharibənin aktiv fazası

Müharibənin ilk günlərindəcə Azərbaycan və Ermənistan qarşılıqlı hücuma keçir. 1992-ci il yanvarın 26-da yeni təşkil olunmuş Azərbaycan ordusu Şuşa yaxınlığında Daşaltı əməliyyatını keçirir və məğlub olur. Fevral ayında ermənilər rus qoşunları ilə bərabər Qarabağda hücuma keçərək bir neə kəndi tutur, fevralın 26-da isə Xocalını ələ keçirərək dinc əhaliyə qarşı qırğın törədirlər. 9 mayda ermənilər Şuşanı, 18 mayda isə Laçın şəhərini işğal edirlər. 7 iyunda Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçilir, bundan dərhal sonra iyunun 12-də Azərbaycan ordusu cənhədə hücuma keçir. Hücum nəticəsində azərbaycanlılar tezliklə Şaumyan rayonunu, iyulun 4-də isə Ağdərəni ələ keçirirlər. Sentaybr ayının 1-də Azərbaycan ordusu Sırxavənd kəndini işğaldan azad edir, bu zaman artıq Dağlıq Qarabağın ərazisinin yarısı Azərbaycan ordusunun nəzarəti altında idi. Bundan sonra Rusiya ermənilərə etdiyi yardımların həcmini artırmağa başlayır, oktyabrın 24-də isə ABŞ Konqresi Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul edir. Böyük dövlətlərin Ermənistana verdiyi dəstək tezliklə öz bəhrəsini verir.

Şuşa şəhərinin işğalı

Əsas məqalə: Şuşa

Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır.

May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər.

Azərbaycan Ordusunun 1992-ci il yay əməliyyatları

1992-ci ilə qədər Ermənistan Respublikasının milli ordusu var ikən Azərbaycan hakimiyyətinin milli ordu işinə soyuq baxması nəticəsində ermənilər Azərbaycan torpaqlarının %5-ini işğal etmişdir. 1 iyun 1992-ci ildə Elçibəy prezident seçilmiş və bu ərəfədə Azərbaycan ordusu hücuma keçmişdir. 1992-ci ilin 12 iyununda Şaumyan(?),7 iyulda Ağdərə olmaq üzərə işğal edilmiş torpaqların %3,5-i geri alınmışdır. [5]

Ermənistanın işğalçılıq müharibəsi

Qarabağ müharibəsi nəticəsində qaçqın olmuş ana

Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi.

1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.

İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu.

Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi. Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi. Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi.

1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv Dövlət və Hökumət başçıları tərəfindən ərazi əldə edilməsində güc istifadəsini pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar edilməsi, əməkdaşlığın inkişafıetdirilmsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi.

Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu. Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi.

Nəticə

Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

  • 19881993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
  • 26 noyabr 1991-ci il tarixinədək olan inzibati ərazi bölgüsünə əsasən:

Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.

Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən maddi ziyan

Qarabağ müharibəsi (Azərbaycan)

Dağıdılan yollar və körpülər

İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, yenə cəmi uzunluğu 3984 m olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km gaz boru xətti, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılmışdır.

Təhsil və Səhiyyə qurumlarında dəyən ziyan[

İşgal edilmiş bölgələrdə cəmi 140 min şagirdin oxuduğu olan 600 məktəb, 53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi, 2 yüksək öğrənim qurumu məhv edilib.  700 səhiyyə ocağı, bu bağlamda 800 nəfərlik xəstəxana, poliklinikalar, doğum evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıtılmıştır. Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır.

Mədəni irsin talan edilməsi

Azərbaycana aid 500 tarixi-memari, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib. [16]Azərbaycanda profesyonal musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki “Dairəvi Məbəd”(1356-1357) və “Türbə”-nin (14-cü əsr) aqibəti məlum deyil. [17]

İqtisadi zərər

Müharibə nəticəsində Azərbaycan Respublikası cəmi 22 milyard dollar məbləğində ziyana məruz qalıb.

Münaqişə dövründə mülki əhaliyə qarşı törədilmiş cinayətlər

Quqark qırğını

1988-ci ilin noyabr ayında Ermənistanın Quqark rayonunda ermənilər tərəfindən 15-i yandırılaraq 21 azərbaycanlı öldürülmüşdür.

Qarakənd faciəsi[redaktə]

1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan “Mİ-8” vertolyotunu gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim qətlə yetirildi.

Xocalı soyqırımı

Xocalı soyqırımından qaçarkən ayaqları donmuş azərbaycanlı uşağı

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi iləazərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verildi.

Ağdaban soyqırımı

1992-ci ilin aprel ayının 8-də Erməni işğalçıları Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 67 nəfəri qətl etmiş,17 kənd sakini diri-diri yandırmışdır.

Qarabağ müharibəsi dövründə əsir düşmüş və girov götürülmüş azərbaycanlılar

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb. (Statistika 01.04.04 tarixədir.)

Azərbaycan tərəfində olan təkzibolunmaz faktlar göstərir ki, ən azı 783 vətəndaşımız ermənilər tərəfindən əsir, yaxud girov götürülüb, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən BQXK-dan gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib. Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupunun üzvləri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi barədə məlumatları təsdiq edir. Lakin sözügedən vətəndaşlarımızın taleyi bu günədək naməlumdur.

Taleyi naməlum olan əsirlər

Hüseynova Mehriban Allahverdi qızı: Xocalı şəhərinin işğalı zamanı 3 azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə Yerevan şəhərində istintaq təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb. Erməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.

Hüseynova Tamara Saleh qızı: 26.07.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən girov götürülüb. Qardaşı Akif Hüseynov bacısının axtarışı ilə əlaqədar bir neçə dəfə erməni tərəfi ilə apardığı danışıqlar zamanı Tamara Hüseynovanın Berd rayonunun Paravakar kəndində, itkin düşmüş Alaverdiyan Mqerin ailəsində saxlanıldığı bildirilib. 06.11.1992-ci il tarixdə erməni tərəfindən Alaverdiyan Şamir Alekseyeviç adlı şəxs Akif Hüseynova teleqram vuraraq bacısı Tamaranın girov saxlanıldığını təsdiq edib. Tamara Hüseynovanın ermənilər tərəfindən girov götürülməsi Əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu tərəfindən də təsdiqlənib. Lakin Tamara Hüseynovanın da girovluqdakı sonrakı taleyi bu günədək naməlumdur.

Rəhimov Rəhim Əbdülkərim oğlu: 24.06.1993-cü il tarixdə Ağdərə rayonunda əsir götürülüb. 16.07.1993-cü ildə Rusiyadan (Orenburq şəhəri, Volqoqradskaya küçəsi, ev 40/2, mən. 69) ailəsinə vurulmuş teleqramda R.Rəhimovun Ağdərə rayonunun Vaqauz kəndində Ağacanyan Qrelin evində saxlanıldığı bildirilib. 1993-cü ildə ailəsi R.Rəhimovdan BQXK vasitəsi ilə məktub alıb. Bu məktubda R.Rəhimov itkin düşmüş Ağacanyan Joranın tapılıb onunla dəyişdirilməsini xahiş edib. Erməni tərəfi R.Rəhimovun da sonrakı taleyi ilə bağlı faktları bu günədək gizlətməkdədir.

Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, əsir və girov götürülməsinə dair məlumat olan, lakin sonrakı taleyi naməlum qalan şəxslərin siyahısında böyük əksəriyyət erməni əsirliyində öldürülüb, yaxud işgəncə və xəstəliklərdən vəfat edib, az bir hissəsi isə indi də gizlədilərək ağır fiziki işlərdə qul kimi istifadə olunur.

Azərbaycanlı əsirlərə qarşı törədilmiş cinayətlər

1988-2003-cü illərdə 1335 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilib. Dövlət Komissiyasında olan məlumatlara görə, əsirlikdən qayıtmış vətəndaşlar arasında şikəstlik, mənəvi iztirabların təsirindən ruhi xəstəlik, saxlanma şəraitinin elementar tələblərə cavab verməməsi səbəbindən vərəm və s. xəstəliklər qeydə alınıb. Bir sözlə, erməni əsir və girovluğu bu şəxslərin səhhətində, psixikasında ömürlük iz qoyub.

Komissiyadakı materiallar sübut edir ki, yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən, uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib – onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları və damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib, bədən hissələri kəsilib özlərinə yedirilib, üzərlərində tibbi eksperiment aparılıb:

Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst olub.

Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olub. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.

Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib, anası hədə və şantajlara dözməyərək dəli olub, qızın özünü isə 4 min rus rubluna ailəsinə satıblar.

Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, mismar kəlbətini ilə 16 dişini çıxarıblar.

Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb.

Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər.

1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.

Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.

Hərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.

Eyni zamanda, əsirlikdə saxlandığı müddətdə yüzlərlə vətəndaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, işgəncələrin təsirindən ölmüş, amansız rəftara məruz qalmaqla və ləyaqəti mütəmadi alçaldılmaqla özünüöldürmə dərəcəsinə çatdırılmışdır. Erməni əsirliyində törədilmiş cinayətlərə dair faktlar Dövlət Komissiyasına bu gün daxil olmaqdadır:

1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından (“QSM-7”) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya (“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olub. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.

16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən” öldürülməsi fikrini rədd etmişdir.

Kəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı – Kərimova Nurlanə ilə birlikdə girov götürülmüşdür. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı işgəncələrə dözməyən Səmayə 15 may 1993-cü il tarixdə özünə qəsd etmişdir.

Əmirova Xəzəngül Təvəkkül qızı: Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırmışlar.

İlham Nəsirov: 1992-ci il iyulun 27-də Ağdərə uğrunda gedən döyüşlərdə başından, boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüşdür. Avqust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilmiş və onun Yerevanda Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı bildirilmişdir. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli sürmüşdür. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan Yerevan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmamışdır. Qospitalın rəisi Ş.Arakelyanın 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı məktubunda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.

Heydər Heydərov, Şuşa həbsxanasında saxlanıldığı müddətdə məruz qaldığı işgəncələrin və mütəmadi döyülmələrin təsirindən vəfat etmişdir.

Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o, müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.

Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə əsirlikdən azad edilmiş Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.

Bu, əsir və girov olmuş vətəndaşlarımıza qarşı törədilmiş cinayət faktlarının bir qismidir. Amma tək elə bu faktlar əsir və girov olmuş vətəndaşlarımıza qarşı hansı vəhşiliklərin, hansı cinayətlərin edildiyi barədə tam təsəvvür yaradır. Ümumiyyətlə isə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlı əsir və girovlara qarşı törədilmiş vəhşiliklər barədə çoxsaylı məlumatlar, şəhadətlər və prosessual sübutlar əldə edilmişdir. Artıq 2002-ci ildə Dövlət Komissiyasının qərarı ilə azərbaycanlı əsir və girovlara qarşı cinayət törətmiş ermənilərlə bağlı faktlar üzrə toplanan materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Başlanılmış cinayət işinin ibtidai istintaqı göstərmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında, hərbi hissələrdə, polis şöbələrində və digər yerlərdə ermənilərin qanunsuz silahlı birləşmələrinin üzvləri, həbsxana və təcridxana işçiləri qulluq vəzifələrini yerinə yetirərkən əsir düşmüş hərbçilər və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki şəxslərlə amansız rəftar edilib, onlar öldürülüb, yaxud özünüöldürmə dərəcəsinə çatdırılıb, zorlanıb, ləyaqətləri mütəmadi alçaldılıb və digər işgəncələrə məruz qalıb. İstintaq prosesində azərbaycanlı əsir və girovların kütləvi şəkildə öldürülməsi, işgəncələr verilməsinin məhz Ermənistanın silahlı birləşmələrinin hərbi qulluqçuları və Dağlıq Qarabağdakı separatçı rejimin liderləri tərəfindən təşkil edildiyi və istiqamətləndirildiyi bir daha təsdiqini tapmışdır.

Əsirlikdə qətlə yetirilənlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək,insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respubilkasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur. Aşağıda bu faktların bir qismi göstərilir:

Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.

Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur.

1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələriinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından (“QSM-7”) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya (“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.

Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova və Çiçək Həsənova də olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abduləli oğlu Əhmədov şahidlik edirlər.

İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyidləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.

Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.

Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.

16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən” öldürülməsi fikrini rədd etmişdir.

Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.

61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürdüyünün şahidi olmuşdur.

Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.

Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.

18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.

1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.

Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir

Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbulfət Qasımov və digərləri şahidlik edir.

Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.

Əsirlikdən azad edilmiş Abuzər Manafovun, Həsən Hüseynovun və Aydın Əziz oğlu Məhərrəmovun ifadəsinə görə, 14 fevral 1994-cü il tarixdə Şuşa həbsxanasında saxlanarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər əslən Beyləqan rayonundan olan İlqar Ənvər oğlu Qurbanovu müntəzəm işgəncələr verərək öldürmüşlər.

1962-cı il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu Tağıyev və Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda qabırğa sınıqları aşkar edilmişdir.

Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında, 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə yetirildiyini bildirmişdir.

Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin mayında Xankəndində qaracda saxlanılarkən qaracın sahibi Mero və Sarkisyan Vazqen adlı digər erməni bir nəfər adını bilmədiyi lal girova əvvəl müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.

Atəşkəs dövrü

Başlanğıcda müharibə səbəbini Dağlıq Qarabağ torpaqlarını ələ keçirmək olaraq açıqlayan Ermənistan Respublikası, BMT-yə üzv olduqdan sonra siyasətini dəyişdirmiş və müharibənin Qarabağ ermənilərinin azadlıq mübarizəsi olduğunu irəli sürmüşdür [20]. Amma 18 may 2001 tarixində o vaxtkı Ermənistan Müdafiə Naziri (indiki prezident) Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasəti ortaya qoyur:

İşğal elədiyimiz torpaqlar var. Bunda utanılacaq heçnə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992 ili və öncəsində də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı