“Mədəni irs və qayıdış hüququ” mövzusunda III Beynəlxalq Konfrans keçirildi – FOTOLAR

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda III Beynəlxalq Konfrans dünyanın 60-dan çox ölkəsindən gəlmiş alimləri, professorları və beynəlxalq ekspertləri bir araya gətirdi.

Tədbirdə xarici qonaqların və tanınmış elm adamlarının geniş məzmunlu çıxışları səsləndirildi, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irsin bərpası, onların tarixi-sosial hüquqlarının təmin olunması və qayıdış hüququ kimi mühüm məsələlər ətrafında dərin müzakirələr aparıldı. Konfransın əsas mesajı — ədalətə, barışığa və sülhə gedən yolun mədəni irsin qorunmasından və tarixi ədalətin bərpasından keçməsi — xüsusi vurğulandı.

Bu əlamətdar tədbirdə Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da iştirak edib.

Bu cür beynəlxalq platformalar Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi ədalətin təmin olunması və gələcək nəsillər üçün davamlı sülhün qurulması baxımından mühüm rol oynayır.

Bənzər nəticələr

Daha çox