18 Aprel 2024, Cümə axşamı - 15:44

İstanbulda 31 Mart Soyqırımı ilə bağlı tədbir keçirilib – FOTO

İnterpress.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində 31 Mart Dünya Azərbaycanlıların Soyqırımı münasibəti ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransı İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Mərkəzinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri Tənzilə Rüstəmxanlı, “İstanbul Azərbaycan dostluq cəmyyəti”-nin sədri Səfər Karakoyunlu və Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov iştirak ediblər. Eyni zamanda, Azərbaycan telekanallarının Türkiyədəki nümayəndələri və Türkiyə mətbuatının nümayəndələri də tədbirdə iştriak edib.

Tədbirin keçirilməsində əsas məqsəd 31 Mart soyqırımın türk dünyasında tanıdılması olub.

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən anım tədbirində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən T.Rüstəmxanlı 31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlər mövzusunda çıxış edərək dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, ermənilərin, bütövlükdə, türk dünyasına qarşı törətdikləri soyqırımı və qətliamların sosial şəbəkələr vasitəsilə beynəlxalq ictimayyətin diqqətinə çatdırılması istiqamətində gənclərə çağırış edib.

S.Karakoyunlu dünyada saxta soyqırımı iddiaları ilə çıxış edən ermənilərin Anadolu və Azərbaycanda törətdikləri qətliamları faktlarla diqqətə çatdırıb. Qeyd edib ki, 1918-ci və 1992-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımıların dünyada tanıdılması erməni lobbisinin uydurma “soyqırımı” təbliğatını ifşa etmək üçün ən təsirli vasitədir.

Daha sonra, S.Qasımov da 1918-ci mart soyqırımının tarixindən danışıb. Bildirib ki, martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı