Fevralın 17 dən 28-ə dək Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədə səfərdə olacaq. O, bu müddət ərzində “Dağlıq Qarabağ; sözdə “erməni soyqırımı” məsələsində Azərbaycan və Türkiyəni birləşdirən məqamlar; Qərbi Azərbaycan (İndiki Ermənistandan deportasiya) problemi” adlı rəhbəri olduğu layihənin həyata keçirilməsi ilə əlaqədar Türkiyənin müxtəlif bölgə və nahiyələrində konfrans və görüşlər təşkil edəcəkdir.
17.02.2015 – İstanbul, Marmara Universiteti
22.02.2015 İskendirum şəhəri
24.02.2015 Bursa, İnegöl
25.02.2015 Yalova Universiteti
26.02.2015 İstanbul Aydın Universiteti
27.02.2015 Amasya Türk-Eğitim Sen
28.02.2015 Tokat Ülkü Ocaqları