Deputat Yasəmən Möhübbətqızı ilə görüşdü: Qadın həmrəyliyi və əməkdaşlığı müzakirə olundu - FOTO

Tənzilə Rüstəmxanlı “Dövlət və qanun” qəzetinin baş redaktorunu qəbul edib.

Tenzilerustemhanli.az xəbər verir ki, bu barədə deputat Tənzilə Rüstəmxanlı öz sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “Dövlət və qanun” qəzetinin baş redaktoru, Azərbaycan Sahibkar Qadınlar Birliyində sədrin regionlar üzrə müavini Yasəmən Möhübbətqızı ilə görüşüb.

Görüş zamanı qadınların cəmiyyətdəki rolu, ictimai fəallığı, müxtəlif sahələrdə qazandıqları uğurlar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qadın həmrəyliyinin, qarşılıqlı dəstəyin və bir-birinin uğurlarına sevinc hissi ilə yanaşmağın cəmiyyətin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə qadınların bir-birinə dayaq olması, təcrübə mübadiləsi aparması və əməkdaşlığının yeni uğurların əldə olunmasına şərait yaratdığı qeyd edilib.

Sonda Yasəmən Möhübbətqızına fəaliyyəti ilə bağlı uğurlar arzulanıb, səmimi və məhsuldar görüşə görə təşəkkür ifadə olunub.

Bənzər nəticələr

Daha çox