15 Oktyabr 2024, Çərşənbə axşamı - 17:31

Bakıda siyasi hadisə: iqtidar, media və müxalifət bir arada

Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilir.
Tədbirdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılıya və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıblar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı