26 Aprel 2024, Cümə - 08:57

“Azərbaycanımıza və Türk dünyasına əmin-amanlıq arzulayıram”-Tənzilə Rüstəmxanlı

Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin Sədri Tənzilə Rüstəmxanlı Azərbaycan xalqını bə Türk dünyasını Novruz bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:
“Əziz bacı və qardaşlarım! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, cansağlığı, ruzi-bərəkət,Azərbaycanımıza və Türk dünyasına əmin-amanlıq arzulayıram.

Azərbaycanda yaşayan bütün xalqların və Türklərin ilkin dünyagörüşünü özündə yaşadan Novruz – Yeni gün əski inanclarımızı, təbiətə ilkin baxışlarımızı özündə əks etdirir. Bu bayramda sevgi nifrətə qalib gəlir, küsülülər barışır; süfrənin nemətləri qapını döyən istənilən şəxslə bölüşülür, gələcəyə inam, xoş günlərə güvənc artır. Təəssüf ki, bu əziz gündə Novruz tonqalları heç də yurdumuzun hər bir guşəsində yanmır. Hələ də torpaqlarımızın 20 faizi işğalda, yurd yerlərimiz əsarətdədir. Amma ümid heç vaxt bitməz, Novruzun gətirdiyi inamla bir daha əminik ki, vaxt gələcək, Azərbaycanın hər bir guşəsində Novruz tonqalı alovlanacaq, hər ocaqda bayram süfrəsi açılacaq. Bir daha Azərbaycan xalqını və dünyada yaşayan bütün Türkləri Novruz münasibəti ilə təbrik edir, vətənimiz, millətimiz üçün xeyirli-uğurlu illər arzulayıram.

Hörmətlə:
Tənzilə Rüstəmxanlı
ATEV və ATQB Sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı