Azərbaycan–Kərkük qardaşlığı: Tənzilə Rüstəmxanlı türkmən qonaqları ilə görüşdü - FOTO

İraqın Kərkük şəhərindən Azərbaycana səfər edən “Dava Adamı” Media Qurumunun aparıcısı Muhammed Otrakçı və kameraman Mahmod Bayazgül millət vəkili Tənzilə Rüstəmxanlının qonağı olublar.

Tenzilerustemhanli.az xəbər verir ki, görüş zamanı Azərbaycan–Kərkük münasibətlərinin uzun illərə söykənən tarixi, milli və mənəvi bağları barədə geniş fikir mübadiləsi aparılıb.

Müsahibədə Tənzilə Rüstəmxanlının İraq türkmənlərinin haqq səsinin Azərbaycanda duyurulması, Kərkük məsələsinin ictimaiyyətin diqqətində saxlanılması və iki qardaş toplum arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti xüsusi qeyd olunub.

Görüşdə Tənzilə Rüstəmxanlının Azərbaycanda təşkil etdiyi “Kərkük Gecəsi” tədbirinə də toxunulub. Bildirilib ki, bu kimi təşəbbüslər Kərkük türkmənlərinin tarixi, mədəniyyəti, milli kimliyi və mübarizəsinin Azərbaycanda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müsahibə zamanı İraq türkmənlərinin haqq mübarizəsinin tanınmış simalarından Ərşad Salehinin fəaliyyəti, Azərbaycanla qurduğu əlaqələr və Kərkük məsələsinin Türk dünyasında tanıdılması istiqamətində xidmətləri də xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Kərkük arasındakı münasibətlərin yalnız siyasi və ictimai əlaqələrlə məhdudlaşmadığı, bu bağların ortaq tarix, dil, mədəniyyət və milli yaddaşa söykəndiyi bildirilib.

Görüşdə həmçinin İraq türkmənlərinin milli mübarizəsi, Türk dünyasının birliyi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tənzilə Rüstəmxanlı qeyd edib ki, Kərkük Türk dünyasının ortaq yaddaşı və sevdasıdır. Azərbaycan–Kərkük arasında mövcud mənəvi bağların gələcəkdə də daha da möhkəmləndirilməsi vacibdir.

Bənzər nəticələr

Daha çox