10 Avqust 2020, Bazar ertəsi - 06:28

Avropa Türk Konfederasiyası nümayəndələri Tənzilə Rüstəmxanlı ilə görüşüblər – FOTOLAR

Avropada fəaliyyət göstərən Avropa Türk Konfederasiyası sədrinin müavini Sedat Kartın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının qonağı olublar.

Qonaqlar Azərbaycan Türkiyə Evinin fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşdə ATEV sədri Tənzilə Rüstəmxanlı, Avropa Türk Konfederasiyası sədrinin müavoni Sedat Kart Türkiyədən gələn Ülkü Ocakları təşkilatının nümayəndələri Hakan Seyhan, Gökan Seyhan , Türküstan qazetinin naş redaktoru Aqil Camal və ATEV-in icraçı direktoru Toğrul Allahverdili iştirak ediblər.
Görüş zamanı Avropada yaşayan Azərbaycan-Türk diasporunun əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Xatırladaq ki, qonaqlar Azərbaycana hər il olduğu kimi, bu il də Qurban bayramı sevinclərini Azərbaycandakı bacı və qardaşları ilə bölüşmək üçün gəliblər. federasiya nümayəndələri ölkəmizfə beş min ailəyə Qurban payı göndəriblər.

Daha sonra ATEV sədri Tənzilə Rüstəmxanlı və qonaqlar bitinci Qarabağ savaşında İki övladı şəhid olan Lətifə xanımı ziyarət edib evində qonaq olublar.

Avropa Türk Konfederasiyası nümayəndələri Tənzilə Rüstəmxanlı ilə görüşüblər - FOTOLAR
Avropa Türk Konfederasiyası nümayəndələri Tənzilə Rüstəmxanlı ilə görüşüblər - FOTOLAR
Avropa Türk Konfederasiyası nümayəndələri Tənzilə Rüstəmxanlı ilə görüşüblər - FOTOLAR

İnterpress.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı