22 Noyabr 2024, Cümə - 08:01

ATEV və ATQB Somanı andı

Tənzilə Rüstəmxanlının başçılığı altında Azərbaycan Türkiyə Evi və Azəri Türk Qadınlar Birliyi Soma faciəsini anıb. Bakıda Atatürk Parkında toplanan türkiyəsevərlər bu acını paylaşıblar.

Türkiyənin məşhur sənətçisi, Azərbaycanın əməkdar artisti Əhməd Şəfəq, ATEV qurucularından Cahandar Bayoğlunun və türk tələbələrin qatıldığı topluluq Soma faciəsini sayğı duruşu ilə yad ediblər.

Əhməd Şəfəq çıxışında “Bir millət olmaq belə zamanlarda üzə çıxır. Türkiyənin acısını Azərbaycan türkü öz acısı kimi yaşadı” söyləyib.

Tənzilə Rüstəmxanlı bir türk sevdalısı olaraq, Türkiyənin kədərini paylaşdıqlarını, sevincinə və üzüntüsünə ortaq olduqlarınə dilə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı